Skip to main content


Faydalı dərslər

İmam Buxari Əbu Hüreyrədən Allah Rəsulu salləllahu əleyhi və səlləmin belə dediyini rəvayət etmişdir: “Zənn etməkdən çəkinin, çünki zənn sözlərin ən yalanıdır. Bir-birinizin iç üzünü araşdırmayın və bir-birinizin sözünə qulaq qabartmayın (bir-birinizin sözünü şişirtməyin və ya nəfsə ağır gələcək şəkildə yozmayın), bir-birinizə həsəd aparmayın, bir-birinizə arxa çevirməyin, bir-brinizə qarşi buğz (nifrət) etməyin. Ey Allah`ın qulları, qardaşlar olun”.(Buxari\Vəsaya 8\Nikâh 45, Müslim\Birr 38, Tirmizi\Birr 56)

Yuxarıda verilmiş ayət və ardınca gələn hədis bugünkü müsəlmanların ən böyük çatızmazlıqlarını ortaya qoyur. Bunlar insanların bir-birləri ilə əlaqələrində tabe olunması lazım olan bir prinsip gətirməklə, İslamın tərtəmiz toplumunda yaşayan insanların haqları ətrafında bir qoruma divarı hörür. Bu gün ayrı-ayrı qrup şəklində parçalanmış müsəlmanlar qarşı tərəfin eyiblərini araşdırmaq, onu ictimaiyətdə yaymaqla məşğul olur. Sanki bu onların Allah qatında ən vacib “fərz” əməllərindəndir. Halbuki Allah və Rəsulu salləllahu əleyhi və səlləm bu kimi halların yolverilməz olduğunu bildirmiş və belə edənləri tezliklə tövbəyə səsləmişlər. Yenə Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Müsəlmanların əskik və eyiblərini araşdırmayın. Hər kim müsəlmanların əskik və eyiblərini araşdırarsa uca Allah da onun eyiblərini izləyər və evinin içində də olsa onu rəzil və rüsvay edər” (Trimizi\Birr 83)

Digər tərəfdən isə, eyni bir qrupdakı müslümanlar yalnız səhvi başqalarında axtarır, və qrup daxilindəki insanların və ya özlərinin səhvini görməzdən gəlir. “Muxtaru`l-Əhadisi`n-Nəbəviyyə” əsərində deyilir:  “Başqalarının qüsurlarından bəhs etmək istədiyin zaman öz qüsurlarını xatırla (o vaxt başqalarının qüsurları ilə əlaqədar olmağa haqqın olmadığını anlayarsan)”. Halbuki Allah təala buyurur: “İçinizdən xeyrə çağıran, yaxşılığı əmr edib, pislikdən çəkindirən bir topluluq olsun.” (Əli İmran 104).

Məsələyə digər tərəfdən baxsaq, əgər birdən qrup üzvləri aralarında ayrılıq düşüb parçalanarlarsa, bir-birlərinin keçmişdə etdikləri qüsurları öz beyin “arxivlərindən” ustalıqla çıxarıb hər kəsə duyururlar. Bu isə böyük fəsada səbəb olur. Qurani Kərim, əxlaqın ve qəlblərin təmizliyi hədəfinə uygun olaraq bu pis hərəkətə əxlaqi yöndən qarşı çıxır ve başqalarının qüsurlarını araşdırmaq ve pisliklərini ortaya çıxarmaq kimi pis yönəlişlərdən qəlbləri təmizləməyi hədəf alır. İmam Əhməd Ukbənin katibi Düceyndən belə dediyini nəql etmişdir: “Kim bir möminin eyibini gizlədərsə, sanki diri diri torpağa gömülmüş bir qızı diriltmiş kimi olur”. (Əbu Davud, Nəsai)

Bugünkü müsəlman başqalarının eyib və qüsürlarıyla məşğul olmaqdan Allah üçün ibadətlərini artırmağa vaxt tapmır və ağlı başqalarını mühakimə düşüncələrilə dolu olduğundan öz yalnış və qüsurlarını görə bilmir. Halbuki hər bir müsəlmanın Allah qatında ən mühüm vəzifələrində biri özünü saleh bir fərd kimi yetişdirmək və bu yola başqalarını  da təşviq etməkdir. Bü gün müslümanlar bir-birlərinin haqlarını hər yolla tapdalıyır, qarşısındakı qardaşına qarşı zənn və nəfslə davranır və hətta ona nəsihət edənlərə “sən əvvəlcə get özünə bax” kimi ifadələrlə qarşılıq verir. Halbuki,  İbn Macə Abdullah İbn Ömər radiyallahu anhudan belə dediyini rəvayət etmişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm Kəbəni tavaf edir və belə deyirdi: “...Muhammədin nəfsi əlində olana and olsun ki, möminin malının və qanının haramlığı, Allah qatında sənin haramlığından daha böyükdür.

Ayət və hədislər eyni zamanda müsəlmanları zənnə qapılmaqdan çəkindirmiş, bir-birlərinin sözlərini nəfsə uyğun yorumlamamağı tövsiyə edir. Hətta qarşındakı həqiqətən yalnış etmiş olsa da bunu bilmədiyin üçün müsəlman haqqında yalnız xeyiri düşünmək lazımdır. Ömər ibn Xəttab radiyallahu anhu demişdir: “Müslüman qardaşının ağzından çıxan kəlmə haqqında yalnız xeyir düşün. Sən onun haqqında mütləq xeyirli tərəfi taparsan”.

Dolayısı ilə bu toplumda insanlar bir şüphədən dolayı mühakimə olunmazlar, insanların mühakiməsində zənn əsl sübut ola bilməz. Təbarani Muhamməd ibn Abdullahdan rəvayət etdiyinə görə Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Üç şey var ki, ümmətimdə olacaqdır; Uğursuz fal, pis zənn və həsəd”. Ona sual verdilər: “Ey Allah`ın Rəsulu! Bir insanda bunlar olduğu zaman bunları necə aradan qaldırmaq olar?” O buyurdu: “Həsəd etdiyin zaman Allah`dan bağışlanma istə. Bir zənndə olduğun zaman bu zənni gücləndirib təsdiq etmə. Uğursuz bir fal qarşısında qaldıqda fikir vermə, keç get”. (İbn Kəsir Təfsiri\Hucurat surəsinin təfsiri)

Ayət və hədislərdəki digər məsələ isə Müslümanın qeybəti ilə bağlıdır. Bu gün müsəlmanlar üçün qeybət normal danışıq halını almışdir.  Bir araya gəldikləri zaman Allah`ı zikr etməyi düşünürlər amma söhbətləri tez bir zamanda kimlərinsə etdikləri, səhvləri haqqında müzakirəyə çevrilir və hələ bir özlərinin doğru danışdıqlarına sevinirlər. Halbuki, Əbu Davudun nəql etdiyi bir hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləmdən “Qeybət nədir ya ey Allah`ın Rəsulu?” deyə soruşulur. O “Qeybət din qardaşını xoşlanmayacağı bir şeylə anmağındır” buyurdu. Orada olanlar “Bəs əgər söylədiyim vəsflər qardaşımda varsa?” deyə soruşdular. O buyurdu: “Əgər söylədiyin vəsflər onda varsa onun qeybətini etmiş olarsan, əgər söylədiklərin onda yoxdursa, ona iftira atmış olarsan” buyurdu”. (Müslim)

Həmçinin Əbu Davud Malik ibn Ənəsdən belə dediyini rəvayət etmişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm demişdir: “Meraca yüksəldiyim gecə, misdən dırnaqları olan ve üzlərini, sinələrini cırmaqlayan bir topluluq gördüm. “Bunlar kimdir ey Cəbrail?” dediyim zaman mənə “bunlar insanların ətlərini yeyen ve ləyaqətlərinə dil uzadanlardır” deyildi.

Sahabələr bu kimi hədis və ayələrlə təmizlənmiş və daim yaddaşlarda qalacaq mühüm iz qoymuşlar. Allah bizi də bu yolu izləyənlərdən etsin. Amin.