Skip to main content


Qüslün fərzləri

2. Əgər varsa bədəndəki nəcasətin təmiz yuyulması.

Buxari (246) Meymunə radiyallahu anhənin  Peyğəmbər salləllahu əleyhi və səlləmin qüslü haqqında bunları dediyini rəvayət etmişdir: “(Peyğəmbər salləllahu əleyhi və səlləm) ilk olaraq övrət yerini və bədənindəki nəcasəti təmizləyərdi”.

3. Suyun bədənin və saçların hər yerinə dəyməsi.

Buxari (245) və Müslim (316) Aişə radiyallahu anhədən belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləm cənabət qüslü alarkən ilk olaraq əllərini yuyar, sonra isə adi vaxtlarda namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alardı. Daha sonra barmaqları ilə saçlarının dibini ovuşdurardı. Bundan sonra başından aşağı üç qab su (və ya ovcu ilə) tökərdi. Sonda isə bütün bədənindən su axıdardı”.

Əbu Davud (249) və başqaları Əli ibn Əbu Talib radiyallahu anhın belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu eşitdim: “Hər kim cənabət qüslü alarkən bədəninin bir tük ucu qədər hissəsini yumasa Allah onu atəşlə cəzalandırar”. Bunu (eşitdikdən) sonra saçlarıma düşmən kəsildim”. Bu hadisədən sonra o həmişə saçlarını qırxardı.