Skip to main content


Sünnət olan qüsllar

İmam Malik “Muvatta” (1\177) kitabında Abdullah ibn Ömər radiyallahu anhumanın Ramazan bayramı günü namazgaha çıxmaqdan əvvəl qüsl aldığını rəvayət etmişdir. Alimlər Qurban bayramını da Ramazan bayramına qiyas edərək bu gündə də qüsl almağın sünnət olduğunu demişlər.
3-4-5. Yağış duası, günəş və ay tutulmaları zamanı qılınan camaat namazı üçün alınan qüsl.
Bu haqda heç bir nəqli dəlil yoxdur. Amma alimlər bu üç halı Cümə və bayram qüslünə qiyas edərək bu nəticəyə gəlmişlər. Çünkii nəticə etibarilə bu üç halda da insanlar bir yerə toplaşaraq camaat namazı qılırlar.
6. Meyit yuduqdan sonra alınan qüsl.
Əbu Hüreyrə radiyallahu anhudan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə dediyi rəvayət olunmuşdur: “Kim meyit yusa qüsl alsın, kim də onu daşısa dəstəmaz alsın”. Hədisi “Sünən” sahibləri (Nəsai, Tirmizi, Əbu Davud, İbn Məcə) rəvayət etmişlər. Tirmizi (993) hədisin həsən olduğunu demişdir. Hakimin (1\386) rəvayət etdiyi hədis buradakı əmrin vacib deyil sünnətə dəlil olduğunu göstərir. Hədis belədir: “Ölüyə qüsl verdiyiniz zaman sizin üzərinizə qüsl almaq düşməz”.
7. Kafir birisinin İslamı qəbul edərkən aldığı qüsl.
Əbu Davud (355) və Tirmizi (605) Qeys ibn Asim radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “İslamı qəbul etmək üçün Peyğəmbər salləllahu əleyhi və səlləmin yanına gəldim. O mənə su və sidlə qüsl almağımı əmr etdi.”
Tirmizi hədisi rəvayət etdikdən sonra demişdir: “Elm əhli bu hədisə görə İslama girən kişinin qüsl alaraq paltarlarını yumağının müstəhəb olduğu görüşündədir”.
Peyğəmbər salləllahu əleyhi və səlləm İslamı qəbul edən hər bir kəsə bunu əmr etmədiyi üçün İslama girən şəxsin qüsl almağı vacib olmamışdır.
8-9. Dəli ağıllandığı və ya huşunu itirmiş şəxsin özünə gəldiyi zaman aldığı qüsl.
Buxari (655) və Müslim (418) Aişə radiyallahu anhədən belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləmin xəstəliyi güclənmişdi. O buyurdu: “İnsanlar namaz qıldılarmı?” Biz dedik: “Xeyr. Onlar səni gözləyirlə ey Allah`ın Rəsulu”. O buyurdu: “Mənim üçün qabda su qoyun”. Biz onun dediyi kimi etdik. O qüsl aldı. Daha sonra namazı yönləndirmək üçün getmək istəyərkən huşunu itirdi. Sonra özünə gəldi və buyurdu: “İnsanlar namaz qıldılarmı?” Biz dedik: “Xeyr. Onlar səni gözləyirlə ey Allah`ın Rəsulu”. O buyurdu: “Mənim üçün qabda su qoyun”. Biz onun dediyi kimi etdik. O qüsl aldı. Daha sonra namazı yönləndirmək üçün getmək istəyərkən huşunu itirdi. Sonra özünə gəldi...........”
Alimlər dəli olmağı da huşunu itirməyə qiyas edərək dəlinin ağlının başına gəldiyi zaman qüsl almalı olduğunu demişlər.
10. Ehram qüslü.
Tirmizi (830) Zeyd ibn Sabit radiyallahu anhudan, onun Peyğəmbər salləllahu eleyhi və səlləmi ehrama girmək üçün qüsl alarkən gördüyünü rəvayət etmişdir.
11. Məkkəyə girərkən alınan qüsl.
Buxari (1478) və Müslim (1259) İbn Ömər radiyallahu anhumanın Məkkəyə gələrkən Zi Tuva adlanan yerdə gecələdiyini, səhər açılınca isə qüsl alaraq Məkkəyə daxil olduğunu rəvayət etmişlər. O Peyğəmbər salləllahu əleyhi və səlləmin də belə etdiyini zikr edərdi.
12. Arafatda durmaq üçün alınan qüsl.
İmam Malik “Muvatta”-da (1\322) İbn Ömər radiyallahu anhumanın ehrama girmək, Məkkəyə girmək və Arafat dağında durmaq üçün qüsl aldığını rəvayət etmişdir.
13. Müzdəlifədə gecələmək üçün alınan qüsl.
Bu məsələdə ən səhih olanı odur ki, Müzdəlifədə gecələmək üçün qüsl almaq müstəhəb olmayan bir əməldir. (Nihəyə)
14-15. Şeytanı daşlamaq və tavaf etmək üçün alınan qüsl.
Bu məsələdə doğru olan tavaf üçün qüsl almağın sünnət olmadığıdır. (əl-İqna)
16-17. Safə və Mərvə arasında gedib gəlmək üçün alınan qüsl və Peyğəmbər salləllahu əleyhi və səlləmin şəhəri Mədinəyə girərkən alınan qüsl.