Skip to main content


Ramazan cədvəlimizə əlavə edə biləcəyimiz 8 şey

1. Hədəflər

Birinci, hədəf qoymaqdan başlayaq və Ramazan günlərindən inkişafımızı təqib etmək üçün istifadə edək. Əvvəlcə bir işə başlayarkən onu Allah rızası üçün edəcəyimizə niyyət edirik. Məsələn “Bu Ramazanda Allah`a yaxınlaşmaq və təhəccüd namazlarımda oxumaq üçün Rəhman surəsini əzbərləmək istəyirəm”. Bu hədəfə nail olmaq üçün onu kiçik hədəflərə ayırın və hər gün iki ayə əzbərləyin.

2. Hədəfləri təqib etmək

Günlük cədvəldən istifadə, hərəkətimizi, pis vərdişlərimizi və bunun kimi şeyləri görməmizə kömək edir. Bu səbəblə günün sonunda işlərinizi birdə gözdən keçirin və hədəflərinizə çatib-çatmadığınızı birdə yoxlayın. Hədəfi təqib edərkən ən önəmli şey hədəfə niyə və nə üçün çatmaq istədiyinizi qeyd etməkdir. Hədəfinizi tənbəllikdən yerinə yetirə bilmədiniz yoxsa diqqətiniz dağıldı? Hədəfinizə nail ola bilməmə səbəbinizi araşdırmağınız  gələcəkdə məqsədlərinizə yaxınlaşmaq mövzusunda sizə kömək edəcək.

3. Tövbə

Nəfs hesabını Allah təala ilə dərdləşmək üçün istifadə edin. Etdiyiniz xətanı başa düşməyə çalışın və onu istəmədən etdiyiniz üçün üzr istəyin. Gələn dəfə imtahanı asanlaşdırmaq üçün dua edin və Allah`a yalvarın.

4. Dua

Səhih bir hədisdə Peyğambərimiz salləllahu əleyhi və səlləm buyurmuşdur:

“Üç insanın duası geri çevrilməz; iftar edincəyə qədər oruclu şəxsin duası, ədalətli liderin duası və məzlumun duası”. (Tirmizi)

Allah Rəsulu salləllahu əleyhi və səlləmin hədislərində oruclu şəxsin edəcəyi duanın qəbul olunacağı zikr olunur. Buna görə günlük cədvəlinizi etmək istəyəcəyiniz dualarla doldurun və hər gün bu cədvəlin bir hissəsini tətbiq edin. Bundan əlavə Ramazanın son 10 günündə dua cədvəlinizə əlavələr edə bilərsiniz. Dualarınızı yazılı şəkildə cədvəldə saxlamağınız bu dualara önəm vermənizə səbəb olacaq.

5. Quran oxumağınızdan çıxan xəzinələr

Ramazan Quran ayıdır. Allah belə buyurub:

“İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir…”(Bəqərə 185)

Ramazanda Quran ən yaxşı dostunuz olmalıdır. Surələri oxuyarkən bəzi ayələrlə dərin bir bağ qurun. Bunları günlüyünüzə yazın və bu ayələri sizə nə üçün bu qədər təsir etdiyini araşdırın.

6. Ailə bağları

Ailə bağlarını davam etdirməkdə şükür ediləcək çox şey var. Ziyarət etmək istədiyiniz yaxınların siyahısını tutun. Siyahıdan hər gün bir insanı seçib onunla əlaqə qurun və yaxşılığını istəyin. Bundan başqa vurduğunuz hər bir zərər, səbəb olduğunuz hər bir üzüntü və ya inciklik varsa üzr diləməlisiniz.

7. Könüllülük

Ramazanda başqa hansı xeyir işi edə biləcəyinizlə bağlı beyin fırtınası edin. Məsələn, hər gün məscidi süpürmək və ya tualetdəki zibil qabını boşaltmaqla bağlı bir qərar verə bilərsiniz. Hər gün edə biləcəyiniz xeyir işləri gözdən keçirin və planınızı gərçəkləşdirməyə başlayın. Başqa sözlə, yerinə yetirmək istədiyiniz addımları qeyd edin, inşaAllah.

8. Yeni şeylər

Günlük cədvəlinizi o gün, o həftə ya da o ay öyrəndiyiniz yeni şeyləri yazaraq daha faydalı bir hala gətirin. Ətrafınızda gördüyünüz gözəlliklərə qarşı da daha diqqətli olmağa çalışın. Çünki Rəbb`imiz içində yaşadığımız kainata qarşı duyarlı olmamızı istəyir. Allah belə buyurur:

Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə (baxmırlar ki,) necə ucaldılmışdır? Dağlara (baxmırlar ki) necə dikəldilmişdirVə yerə (baxmırlar ki,) necə döşədilmişdir? (Ğaşiyə 17-19)

Materialın müəyyən hissəsi suffagah.com-dan götürülüb