Skip to main content


Bütün saleh əməlləri silən gizli günahlar



allahi bu çox qorxulu hədisdi. Amma mən bunu sizə xatırlatmalıyam. Ona görə ki, aramızda hım yaşlı, həm də gənc qarsaşlarımız var və hamımızın nəsihətə ehtiyacı var. Allah Rasulu(sallallahu aleyhi va səlləm) buyurdu ki: "Ümmətimdən, müsəlmanlardan bir çox insanlar tanıyıram ki, qiyamət günü işıq saçan dağ boyda əməllərlə gələcəklər və Uca Allah onların əməllərini dağılmış toza çevirəcək."
SübhanAllah! Heç olacaq. Dağılmış toza çevriləcək. Onların bütün yaxşı əməlləri silinəcək.
Səhabələr soruşdular ki: "Ey Allahın rəsulu. Bizlərə onların əlamətlərini izah et ki, bilmədən biz də onlardan olmayaq."
Rasulullah(sallallahu aleyhi va səlləm) dedi: "Onlar sizin qardaşlarınızdır. Qəbilənizdəndir və onlar sadə, adi müsəlmanlardan deyil. Onlar o kəslərdi ki, sizin kimi gecənin bir yarısı oyanıb, ibadət edirlər."
Bəs onda problem nədir? "Onlar Allahın qadağaları ilə baş-başa tək qaldıqda onu pozurlar." Düşün ki, hər hansı kişi və qadın otaqda tək qaldıqda, önlərində noutbuk və ya smartfon olduqda, onlar Allahın qadağa qoyduğu sərhədləri aşırlar. Bir poemada bu məsələ çox gözəl açıqlanır. Əgər Allah soruşsa ki, "Mən gördüyüm halda, mənə itaətsizlik etməkdən utanmadınmı? Amma günahlarını yaradılanlardan utanaraq gizlədirdin. Sonra da bu günahlarla mənim hüzuruma gəldin. Bir pişik sənin otağına qəflətən daxil olanda qorxub, çəkinirsən. Amma sən qorxmursan ki, Allah hər zaman səni izləyir."
Dinləyin ey müsəlman bacı və qardaşlarım. Bunu sizə izah etmək mənim üçün vacibdir. Günahı təklikdə qaldıqda zəifliyindən və yaxud yanlışlığından edirsənsə, bu Allaha qarşı gəlmək deyil. Bu adi bir günahdır. Amma sən dərk edərək ki, Allah səni görür və bu sənə günahları tərk etməyə mane olmursa, onda Allaha qarşı gəlmiş olursan və Allah sənin bütün xeyir əməllərini siləcək. Mənim dəyərli bacı və qardaşlarım. Bu məsələlərə bizdən öncəki saleh müsəlmanlar kimi diqqətlə, ixlasla yanaşaq. Rəbbimiz bizə daha çox xeyir işlər görmək üçün güc və qüvvət bəxş etsin. Diqqətli olaq ki, Allah etdiyimiz xeyir əməlləri qəbul etsin. Uca Allah xeyir əməllərimizi sizlərdən və bizlərdən qəbul etsin. Amin.