Əbu Bəkrin Öməri ağladan sirri
Ömər radiyallahu anhu rəvayət edir ki, Əbu Bəkr radiyallahu anhu xəlifə olanda − yeri gəlmişkən bu inanılmaz gözəl bir hekayədir. Mən istəyirəm siz indi Mədinədə olduğunuzu və Əbu Bəkr əs-Siddiq radiyallahu anhunun sizin xəlifəniz olduğunu, onun məsciddə camaat namazlarında imam durduğunu təsəvvür edəsiniz − hər gün fəcr (sübh) namazından sonra evinə tərəf deyil başqa bir istiqamətə, səhralıq tərəfə gedirdi. Bu mənə çox maraqlı gəldi. Görəsən o orada nə edir? Beləcə mən onu izləməyə başladım. O hər gün sübh namazına gələr, namazdan sonra qayıdıb evinə deyil, səhralığa tərəf, üfüqdə itənə kimi piyada gedərdi. Anlaya bilmirdim ki, o hara gedir. Nəhayət bir gün axıra qədər onun arxasınca gedib onun orada nə axtardığını öyrənmək qərarına gəldim. Mən onun izi ilə elə məsafədə gedirdim ki, onu gözdən itirməyim. Bir müddət sonra onun köhnə bir daxmaya girdiyini gördüm. Mən qaçaraq daxmanın arxasında gizləndim və uzun müddət orada gözləməli oldum. Çünki bu, qısa müddətli bir ziyarət deyildi. Günəş zenitə yüksələnə kimi davam edən olduqca uzun bir ziyarət idi.
Hava kifayət qədər isinmişdi. Yəni sübh namazından sonra çox vaxt keçmişdi. Hava çox isti idi. Bu vaxt Əbu Bəkr radiyallahu anhu evdən çıxdı və Mədinəyə qayıtdı. Bu ev Mədinədən aralı bir yerdə idi. Əbu Bəkr radiyallahu anhu gözdən itənədək gözlədim və sonra evin qapısını döydüm. Qapını bir qadın açdı. O yaşlı, zəif və kor idi. Onun yanında balaca uşaqlar da vardı. Mən ona "sizə Allahın salamı olsun, ey Allahın qulları! Vəziyyətiniz necədir?" deyə sual verdim. O isə mən koram və mənə baxmağa heç kimim yoxdur. Bu yetim uşaqlar da mənimlə yaşayır. Bəlkə də övladları ölüb deyə balaları onun himayəsində qalıb. Düzünü Allah bilir. Bəlkə də bunlar onun nəvələri deyil, başqa yetim uşaqlardır. Hər bir halda evdə o və yetim uşaqlar qalırdı.
Bu vaxt qadın dedi: "Mənə və bu uşaqlara baxacaq heç kimimiz yoxdur". "Bəs hər gün sizə gələn o adam kimdir?" − deyə soruşdum. Qadın onun kim olduğunu bilmədiyini, həmin şəxsin heç vaxt adını demədiyini dedi. Mən "bəs o buraya nə üçün gəlmişdi?" − deyə soruşdum. O dedi: "Allah onu mükafatlandırsın. O hər gün bizə gələrək evi yığışdırır, paltarlarımızı yuyur, taxılımızı üyüdür, bizə çörək bişirir, bizim üçün səhər yeməyi hazırlayır və gedir".
Subhənallah. Bu barədə bir düşünün. Bu rəvayət Əbu Bəkr radiyallahu anhu haqqında yeganə hədis olsaydı belə kifayət edərdi. Başçı, ümmətin rəhbəri, xəlifə, hal-hazırda ümmətin ən vacib adamı hər gün bu evə gəlir və bu qədər vəzifəsinə, statusuna baxmayaraq bu qadına öz adını demir. O istəyir ki, bu gizlində qalsın. Paltar yuyur, un ələyir, çörək bişirir, səhər yeməyi hazırlayır və sonra gedib ümmətinə rəhbərlik edir. Bu sadəcə olaraq inanılmazdır.
"Mən yenə inanmayaraq "O bu dediklərinizi hər gün edir?" − deyə soruşdum. Qadın "Bəli hər gün" deyərək bunu təsdiqlədi. Mən "Bəs siz ona nə isə ödəyirsiniz?" − deyə soruşdum. O bütün bunların qarşılığında heç bir şey ödəmədiklərini dedi. Bu baxt mən eşitdiklərimə dözməyərək ağalamağa başladım və öz-özümə "Ey Əbu Bəkr, sən özündən sonra gələnlərin hamısını keçmisən. Sən bizi keçmisən, səndən sonra kim gəlsə də sən onların hamısını keçmisən. Bu elə bir səviyyədir ki, biz ora yüksələ bilməyəcəyik" deyirdim.
Çox vacib bir nüansa diqqət yetirin. Təsəvvür edin ki, Əbu Bəkr radiyallahu anhunun buna bənzər neçə-neçə əməli kitablara düşməyib. Kitablarda onun şəxsiyyəti, davranışı və xarakteri haqda məlumatlar var. Amma təsəvvür edin ki, o neçə belə əməlini gizlində saxlamağa nail olub. Nə üçün o bu əməlinin aşkara çıxmasını özünə layiq bilməyib? Bu bizim üçün bir dərs olmalıdır. Əgər siz hamının bildiyi bir xeyir əməli edirsinizsə onda çalışın elə bir başqa xeyir əməl edəsiniz ki, bunu təkcə Allah bilsin. Çalışın sizin də elə xeyirxah işləriniz olsun ki, bundan ancaq Allahın xəbəri olsun. Gizli sədəqə kimi bir əməl deyil, özünüzün də birbaşa iştirak etdiyiniz bir əməl olsun. Yaşlı bir qadını və yetimlərini ziyarət edin, hər gün onlara kömək edin.