İbn Xaldun vəzifə və maddi zənginlik haqqında
Burada haqqında məlumat vermək istədiyimiz məsələ isə İbn Xəldunun vəzifə sahibi olmanın mal-dövlət toplamada hansı faydalarının olması, hansı peşələrin az pul qazandırdığı, boyun əyməyi və yaltaqlanmağı yaxşı bacaranların sərvətə daha yaxın olmaları, niyə bəzi din xadimlərinin sürətlə varlanmasına dair fikirlərindən sitatlar gətirəcəyik. İbn Xəldun “əl-Muqəddimə”sinin birinci cildinin “beşinci bab”ını belə adlandırmışdır.
(الباب الخامس من الكتاب الأول في المعاش و وجوبه من الكسب و الصنائع و ما يعرض في ذلك كله من الأحوال و فيه مسائل)
(Maaş, onun qazanc və sənətlər formasındakı növlərinə və ümumiyyətlə bu haqdakı hal və məsələrə dair)
Bu “5-ci bab”ın 5, 6 və 7-ci fəsllərindən bəzi iqtibaslar etmək istəyirəm
Beşinci babın beşinci fəsli belə adlanır
(الفصل الخامس في أن الجاه مفيد للمال)
VƏZİFƏNİN SƏRVƏT TOPLAMĞA FAYDASI VAR
Sonra bu fikrini belə izah edir
“Vəzifə və nüfuz sahibi olan şəxslərin öz məişət növlərinə görə vəzifə və nüfuz sahibi olmayanlardan daha zənginlik və var-dövlət baxımından daha çox olduğunu görürük. Bunun səbəbi budur ki, vəzifə sahibi olan şəxslərə başqaları tabedirlər və ona xidmət edirlər. Onun tutduğu vəzifədən faydalanmaq üçün digər insanar müxtəlif əməllərlə, işlərlə bu insanlara yaxın olmağa çalışırlar. Xalq zəruri və qeyri-zəruri ehtiyaclarının təmini üçün öz əməlləri, işləri ilə vəzifə sahibi insanlara yardım edirlər. Bu cür əməllərin, işlərin müqabili olan dəyərlər, qiymətlər həmin o vəzifə sahibinin ixtiyarına keçir. Beləcə vəzifə sahibi olan insan maddi dəyər ödəyərək sahib olacağı şeylərə maddi dəyər ödəmədən, digər insanların əməyi sayəsində sahib olur. Bununla da o, məsrəfdən iqtisad edərək sərf edəcəyi malı toplamış olur. Qazancı məsrəfindən daha çox olduğu üçün sərvəti artır.
Buna şahidlik edən xüsuslardan biri də budur ki, bir çox fəqih, dindar və abid görürük ki, məşhur olduqları, barələrində gözəl zənn edildiyi üçün xalqın bir çoxu onlara verilən hədiyyələrin Allahın nəzdində sədəqə kimi qəbul ediləcəyinə inanmaqdadırlar. Bu səbəbdən insanların bir çoxu könüllü olaraq onlar üçün əmək sərf etmək istəyirlər. Bu səbəbdən də onlar qısa müddət ərzində böyük sərvətə sahib olarlar.
6-cı Fəsil “Maddi səadət və sərvət itaət edib yaltaqlanmağı bacaran adamlar üçün hasil olar”
7-ci Fəsil “Qazılıq, müftilik, müdərrislik (müəllimlik), imamlıq, xətiblik, müəzzinlik və buna bənzər xidmətləri verənlər əksərən böyük sərvət sahibi ola bilməzlər”.
Dr. Elnur NƏSİRZADƏ
_________________
P.S . Tarix elminə dərindən bələd olan İbn Xəldun özü uzun müddət müxtəlif dövlət vəzifələrində çalışmış bir şəxsdir. Həm də mahir diplomatdır. Misir Məmlüklüləri ilə Əmir Teymur arasındakı diplomatik danışıqları İbn Xəldun aparmışdır. Dövləti və cəmiyyəti diqqətlə müşahidə edib düzgün nəticələrə çıxarmağı bacarn bir şəxs olduğu qələmə aldığı əsərlərindən məlumdur.