Skip to main content


Əllərinizi nə üçün yaxşı-yaxşı yumağınızın mühüm olduğuna dair dəlil: Bu heyrətamiz ultrabənövşəyi şəkillər həqiqətdə bakteriyaların nə ilə məhv olduğunu göstərir

  • Good Health xüsusi bir UB kameradan istifadə edərək əlin yuyulması metodlarının sınaqdan keçirilməsini görüntüləmişdir 
  • Ekranda bir şəxs əllərini Glo Germs geli ilə ovuşduraraq bakteriyaların sizin dərinizə necə yapışdığını göstərir. 
  • Şəkillərdə UB işıqda əllər nə qədər ağ görünürsə, deməli, bir o qədər də çirklidir.
  • Koronavirus simptomları: hansılardır və həkimə görünməlisənmi?

Əlyuma üsulunuz effektivdirmi? Good Health metodları sınaqdan keçirmək üçün UB kameralardan istifadə etmişdir  - sürətli “yaxalama və silkələmə” dən tutmuş, məsləhət görülən 20 saniyədən çox müddət ərzində yuyulmalara qədər – məqsəd isə bir nəticəyə gəlməkdir. 
İlk öncə, bizim jurnalistimiz Gel Germ adlı bir geli əlinə sürtür və bu gel vasitəsilə, bakteriyaların əlinizə necə yapışdığına dair sizdə bir təsəvvür yaradır.    
Gel təmizdir, lakin UB işıqda parlayır və koronavirus kimi bakteriyalarla eyni ölçüdə olan cisimcikləri əks etdirir. Bu şəkillərdə əllər nə qədər ağ gürünürsə, bu, onların bir o qədər çirkli olması deməkdir, əksinə nə qədər tünd olarsa, bir o qədər təmizdir.  
 

  • Əllərinizi yumazdan əvvəl, əllərinizdəki bakteriyalar UB işıqda ağ rəngdə görünür.
  • SÜRƏTLİ YAXALAMA VƏ SİLKƏLƏMƏ: Tədqiqat göstərir ki, bizim ¼  -imiz əllərini yalnız qısa müddətdə yaxalayaraq silkələməklə kifayətlənir, lakin bu şəkildən göründüyü kimi, bu kifayət deyilmiş. Yaxalayıb-silkələmə ilə istədiyiniz nəticəyə nail olmaq mümkün deyil; əllərinizin su kranı altında 3 saniyə ərzində yuduqdan sonra necə ağ rəngdə olub parıldamasını kamera görüntülərindən izləyin – bakteriyaların əksəriyyəti orada hələ də qalmaqdadır.     

ALTI SANİYƏLİK YUMA — SABUNSUZ: Altı saniyə - insanların əllərini yumaq üçün sərf etdikləri ortalama vaxt müddətidir. Lakin bu da bakteriyaları effektiv şəkildə əllərinizdən təmizləməyə bəs etmir - əllərinizin arxasında hələ də yüksək sıxlıqda bakteriyalar mövcuddur, əsasən də, nişan üzüyünün ətrafında və dırnaqların altında. Əllərin bir qədər uzun müddət ərzində yuyulmasından sonra, əllərinizdə yaxalayıb-silkələmə üsulunda olduğu ilə müqayisədə daha az ağ hissələr qalır – şübhəsiz ki, bunun səbəbi bu yuma prosesində əllərin dəsmalla qurulanmasıdır. Axı nəm əllər bakteriyaları daha asanlıqla keçirir, ona görə də onları qurulamaq da təmizliyə qapı açan bir açardır.  

  • ALTI SANİYƏLİK YUMA - SABUNLA: Əl yumanın ən mühüm hissəsi sabundan istifadə edilməsidir – o yapışqan və sürüşkəndir, buna görə də siz onu yaxşıca yumalısınız. Sabun bakteriyaları məhv etmir, onun sayəsində sadəcə bakteriyalardan canınızı qurtarmış olursunuz, vəssalam: sabun molekulunun bir ucu suya yapışdığı halda, digər ucu çirkə yapışır (bu çirkdə isə bakteriyalar var). Sabunlanma həm də ovuşdurma prosesini gücləndirir. Gigiyena üzrə ekspert Liza Eykerlinin vurğuladığı kimi: “Dırnaqlarınızın altını təmizləyə bilmək üçün əllərinizi barmaq uclarından ovcunuza doğru ovuşdurun”. 
  • SABUNLA 20 SANİYƏLİK YUMA: Milli Səhiyyə Xidmətinə əsasən, 20 saniyə müddət əllərinizi nə qədər yumalı olduğunuzu kobud şəkildə göstərən müddətdir. Şəkildən də gördüyünüz kimi, əlin üzərində ağ yerlər səciyyəvi altı saniyəlik yumada olduğuna nisbətən xeyli azdır. Yeganə ağ yerlər kutikulətrafı kəsişmələr, baş barmaq tərəfdə bir hissə və çəçələ barmağın başındakı zolaqdır. “Əllərinizin bütün hissələrini təmizləmək üçün o qədər vaxt sərf etməlisiniz”, gigiyena üzrə ekspert Liza Eykerli demişdir. 

SABUNLA 30 SANİYƏ: ABŞ-dakı Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri 30 saniyə ərzində yumanı təklif edir. Fərq açıq-aydın görünür – hətta daha az ağ yerlər qalır. 20 saniyəlik yumanı əks etdirən şəkildə görünən kutikulətrafı kəsiklərdəki bakteriyalar hamısı tamamilə getmişdir – təəccüblü olsa da, amma hələ də izləri qalır. İndi deyin görüm, uzun müddət yumağınız gərəkmirmi? O, bakteriyaların qalanınıda aparmalı idi, amma sadəcə sizin canınızı onların əksəriyyətindən qurtarır” - deyə, London Gigiyena və Tropik Təbabət Məktəbində çalışan dövlət səhiyyə eksperti Dr. Vel Kurtis bildirmişdir.    
Bəs dezinfeksiyaedici vasitələr necə? 
Əl yuma bakteriya və virus kimi mikroorqanizmləri məhv etmək üçün həmişə ən yaxşı üsul olmuşdur. Lakin əgər sabun və su yoxdursa, Milli Səhiyyə Xidməti, alkoqol tərkibli dezinfeksiya vasitəsini tövsiyə edir.   
Dezinfeksiyaedici köpük və ya gel virusları məhv edir, ölmüş virus və ya bakteriyalar əlinizdə qalır. 
Buna görə də, siz bizim sınaqdan keçirtmək üçün təcrübədən keçirdiyimiz Glo Germ gelindən istifadə edə bilməzsiniz – çünki hətta mikroorqanizmlər məhv olmuş olsa belə, bu gel əllərinizi yenə də ağ göstərəcəkdir. Buna baxmayaraq, öz deinfeksiyaedici vasitənizdən ən yaxşı istifadə üsulu ilə tanış olun:  

  • Əl dezinfeksiyaedici vasitənizin 60 faizindən çox hissəsinin spirt (etiketinin üzərində etanol qeyd olunur) tərkibli olmasından əmin olun, hətta yaxşı olardı ki, 70% olsun, çünki virusları öldürmək üçün lazım olan miqdar budur, deyə Lids Tədris Xəstəxanalarının Milli Səhiyyə Xidmətini Trestinin mikrobiologiya üzrə mütəxəssisi Professor Mark Uilkoks bildirmişdir.

Spirt virusun qoruyucu zahiri membranını korlayır, onun sürətlə parçalanıb məhv olmasına səbəb olur – koronavirus isə xüsusilə həssasdır.   
“Bəzi insanlar öz dezinfeksiyaedici vasitələrini hazırlamağı arzu edə bilərlər, lakin bu yaxşı deyil”, deyə, Professor Uilkoks deyir, “çünki hətta güclü spirtlər, belə adətən 40 faiz təşkil edir”.  

  • Əllərinizi potensial olaraq çirkli səthlərə vurduqdan sonra, məsələn: ictimai nəqliyyatdan istifadə etdikdən, yaxud marketlərə və ya insanların sıx olduğu istənilən digər yerlərə getdikdən sonra mütləq gel istifadə edin.   
  • Geli əlinizə çəkib, əllərinizi birlikdə yaxşı-yaxşı elə ovuşdurun ki, gel əllərinizin bütün nahiyələrini əhatə etmiş olsun. Yəni barmaqlarınızın arasını, baş barmaqlarınızı, əllərin arxa hissələrini və biləklərinizi ovuşdurmalısınız.     
  • Əgər əllərinizi həddən artıq yuduqdan sonra onlar quruyarsa, əllərinizə spirtli gel çəkməzdən əvvəl onlara əl kremi sürtməyin. Çünki bu krem spirtin əllərin dərisində gizlənmiş mikrooqranizmlərə çatmasına mane ola bilər. İlk olaraq, gel istifadə edin, onun qurumasını gözləyin, sonra əl kreminizi çəkə bilərsiniz.   

İstinad : www.dailymail.co.uk