(Dalda) qeybət edib (üzdə) tə´nə vuran hər kəsin vay halına!104:2
O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).104:3
Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.104:4
Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!104:5
Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!104:6
O, Allahın yanar odudur.104:7
Elə bir od ki, ürəkləri yandırıb-yaxar.104:8
O, belələrinin (qeybətçilərin və tə´nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.104:9
Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!