Ürəkləri dəhşətə salan qiyamət!101:2
Nədir qiyamət?!101:3
Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!101:4
O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);101:5
Dağlar isə didilmiş yun kimi olacaqdır!101:6
(O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə,101:7
(Cənnətdə) xoş güzəran içində olacaq!101:8
Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,101:9
Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!101:10
Sən nə bilirsən ki, o (Haviyə) nədir?!101:11
O çox qızmar bir atəşdir!