And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;100:2
And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;100:3
And olsun sübh çağı hücum edən atlara;100:4
And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;100:5
Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,100:6
İnsan öz Rəbbinə qarşı çox nankordur.100:7
Və o özü də buna şahiddir.100:8
Həqiqətən, insan var-dövlətə çox hərisdir!100:9
Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı;100:10
Ürəklərdə olanlar faş ediləcəyi zaman100:11
Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!