Tariq surəsi
86:1
And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)
86:2(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!
86:3(O, zülməti yaran) parlaq ulduzdur!
86:4Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!
86:5Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!
86:6O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.
86:7(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!
86:8Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -
86:9Bütün sirlərin aşkar olacağı o qiyamət günü;
86:10(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!
86:11And olsun yağış sahibi olan göyə;
86:12And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,
86:13Bu (Qur´an haqla nahaqqı) ayırd edən kəlamdır!
86:14O, oyun-oyuncaq (əyləncə) deyildir!
86:15Həqiqətən, (Məkkə müşrikləri Qur´anın nurunu söndürmək üçün) hiylə qurdular.
86:16Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.
86:17Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!