And olsun əncirə və zeytuna;95:2
And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;95:3
And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,95:4
Biz insanı ən gözəl biçimdə yaratdıq!95:5
Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!95:6
Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.95:7
(Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!95:8
Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!