Duha surəsi

  •  And olsun səhərə!
  • 2 And olsun sakitləşməkdə olan gecəyə!
  • 3 Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu. (Bir müddət Həzrət Peyğəmbərə vəhy gəlməmişdi. Bu əsnada müşriklər: “Rəbbi onu tərk etdi, ona acığı tutdu”, - deməyə başladılar. Bu isə Həzrət Peyğəmbərə pis təsir etmiş, buna görə də yuxarıdakı ayələr vəhy edilərək ona təsəlli verilmişdir.)
  • 4 Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir.
  • 5 Tezliklə Rəbbin sənə (nemət) verəcək, sən də razı qalacaqsan.
  • 6 O səni yetim görüb sənə sığınacaq vermədimi?!
  • 7 Səni çaşqın halda görüb doğru yola yönəltmədimi?!
  • 8 Səni yoxsul görüb zəngin etmədimi?!
  • 9 Elə isə yetimi xor görmə!
  • 10 Dilənçini də qovma!
  • 11 Və Rəbbinin sənə olan nemətindən bəhs et!