(Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək - deyən müşriklərə) de: "Ey kafirlər!109:2
Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!109:3
Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!109:4
Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!109:5
Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!109:6
Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!"